Həbsdəki general intihar edən MTN polkovnikinin qardaşı ilə üzləşdirildi-GÜNAHKARSAN!

21-07-2016, 12:37   
Həbsdəki general intihar edən MTN polkovnikinin qardaşı ilə üzləşdirildi-GÜNAHKARSAN!
3 noyabr, 2014-cü il tarixdə yaşadığı evin həyətində intihar edən 55 yaşlı MTN polkovniki Malik Mustafayevin qardaşı, bu günlərdə həbsdən çıxan Mətləb Mustafayev hazırda həbsdə olan MTN-nin Anti-terror Mərkəzinin rəisi general Elçin Quliyevlə üzləşdirilib.

Gununsesi.info-nun məlumatına görə, Bakı İstintaq Təcridxanasında keçirilən üzləşmə prosesində Mətləb Mustafayev bir daha Elçin Quliyevi gözlərinin içinə baxaraq, onu ifşa edib. O, qardaşının intiharına görə, generalı ittiham edib. Üzləşmə prosesi 2 saata yaxın çəkib.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sabiq işçisi olan Mətləb Mustafayev MTN dağılandan sonra sensasion açıqlamalar verərək, qardaşının intiharının arxasında Anti-Terror Mərkəzinin rəhbərliyini günahlandırmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar