Kreml Qarabağın açarını Bakıya hansı şərtlə verir? - Analiz

22-07-2016, 10:45   
Kreml Qarabağın açarını Bakıya hansı şərtlə verir? - Analiz

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qlobal səviyyədə hərəkətlənmələr müşahidə olunur...

Politika.Az-ın xəbərinə görə, Rusiyada dondurulmuş münaqişələrin irəliyə götürülməsinə dair siyasi qərarlar var.

Ukrayna münaqişəsi ilə bağlı yeni Minsk-3 anlaşmasının ortaya çıxacağı gözlənilir. Bu halda rus qoşunlarının Donbasdan çıxarılması və sərhədlərin Ukrayna hərbçilərinin nəzarətinə verilməsi gözlənilir. Qarabağ münaqişəsinin həlli prosesində də ciddi müzakirələr özünü göstərir. Vyana və Peterburq görüşündən sonra artıq prezidentlərin növbəti görüşünə hazırlıq gedir.

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, siyasi şərhçi Natiq Miri hesab edir ki, Rusiyada artıq Qarabağ problemini irəliyə daşımaq yönündə konkret siyasi qərar mövcuddur: “Bunu KTMT-nin qəbul etdiyi bəyanatdan savayı, həm də XİN sözçüsü Mariya Zaxarovanın açıqlaması da ortaya qoydu. Zaxarova növbəti brifinqdə Qarabağ probleminin donunun açılma zərurətindən danışdı. Bu da o deməkdir ki, artıq Rusiya da Qarabağ probleminin dondurulmuş vəziyyətdə qalmasının mümkün olmayacağını anlayır.
Ona görə də bu prosesi qarşıdurma alətinə deyil, geosiyasi mənfəətə çevirmək istəyir. Ancaq Qarabağın təmas xəttində rus qoşunlarının yerləşdirilməsindən tutmuş, Azərbaycanın Avrasiya Birliyinə üzv olmasına qədər prosesin inkişaf edə biləcəyi gözləniləndir”.

N.Mirinin fikrincə, müharibənin qarşısının alınması üçün hələlik 2 rayonun qaytarılması da yetərlidir və bu da Azərbaycandan daha çox güzəşt qoparmağa hesablanıb: “Tərəflərin növbəti görüşə razılıq verməsi həm də o demək olacaq ki, artıq predmetli müzakirələrə yol açıqdır və çərçivə sazişinin hazırlanması mərhələsinə başlamaq olar”.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar