15 iyul hərbi çevriliş cəhdi ilə əlaqədar şok detallar bir-birinin əvəz edir.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, qiyamçı zabitlər hərbi çevriliş cəhdindən bir ay əvvəl boşanaraq xeyli miqdarda xarici valyuta alıblar.
Məlumata görə, qiyamçı zabitlər hərbi çevrilişdən sonra türk lirəsinin dəyərinin azalacağını düşünüblər. Zabitlərin boşanma qərarı isə həyat yoldaşların hadisələrdən zərər görməməsi üçün atılıb.
Baş Qərargaha basqın anı və içəridə baş verənlərlə əlaqədar görüntülərin də qiyamçılar tərəfindən məhv edildiyi bildirilir.
Ömər Dağlı