Azərbaycan-Ermənistan təmas xəttindəki gərginlik davam edir. Hər gün düşmən tərəfindən mövqelərimizə çoxsaylı atəşlər açılır. Tərəflər arasında vəziyyət o yerə gəlib ki, müharibə məsələsi gündəmdən düşmür
Aprel hadisələri buna bir daha sübutdur.
Aprel döyüşlərində diqqəti çəkən digər bir məsələ isə Ermənistan ordusunda qadın snayperlərin döyüşməsi olub.
Sosial şəbəkələrdə Ermənistan ordusunda xidmət göstərən qadın snayperlərin görüntüləri yayıldı.
Görüntülərdə gənc qızların orduda xidmət etdiyi açıq görünürdü. Həmin qızlar təkcə hərbi bacarıqlarını deyil, digər bacarıqları ilə də sınmış erməni əsgərinin əhvalını qaldırmağa çalışırdılar. Bu da düşmənin qüvvəsi, qadınlara sığınırlar.
Təəssüf ki, aprel hadisələri Azərbaycan ordusu üçün də itkisiz ötüşmədi. İgid oğullarımız qəhrəmancasına şəhid oldu. Buna baxmayaraq, Azərbaycan əsgəri ön cəbhədə qarşı tərəfə aman vermədi. Öz ruh yüksəkliklərini qoruyaraq döyüşü davam etdirdilər.
Qarşı tərəf isə qadınları döyüşə cəlb edərək özlərinin necə də zəif olduqlarını bəyan etmiş oldular. Azərbaycan əsgəri qadınlarını nəinki ön cəbhəyə buraxmaz, hətta onlara görə öz canından da keçər. Bu Azərbaycan kişisinin, əsgərinin hünəri, o da səngərdə qadın döyüşdürən erməni əsgərinin.
Sosial şəbəkələrdə qadın snayperlərinin görüntüləri yayıldıqdan sonra əsgərlərimiz özləri də etiraf etdilər ki, ermənilərin bu addımı onların qorxaqlığını göstərdi, bizə də böyük ruh yüksəkliyi verdi. Onların bu halını gördükcə əhvalımız daha da açıldı.
Dağlıq Qarabağ münaqişəsi zamanı təmas xəttində Azərbaycan ordusunun erməni təxribatlarına cavab verməsi ilə çox sayda itki verən ermənilər “snayper savaşı”nı yenidən bərpa edərək öz təhlükəsizliklərini bərpa etmək istədilər.
Hazırda da düşmən cəbhəsində xüsusi hazırlıq keçmiş qadın snayperlərin xidmət etdiyi məlumdur. Ümumilikdə 8 min nəfərə yaxın qadın müqavilə əsasında cəbhədə çalışır.
Onu da qeyd edək ki, ermənilərin postunda ən azı 2 qadın snayper olur. Kişilərlə müqayisədə qadınlar sərrast atəş aça bilir və baş verənlərə soyuqqanlılıqla yanaşırlar. Bu da onları kişilərdən üstün tutan başlıca cəhətdir.
Politika.Az