Abbasdan vergilər nazirliyinə şok ittihamlar - “Toyuna getmədiyim üçün 30 min cərimələyiblər”

26-07-2016, 14:18   
Abbasdan vergilər nazirliyinə şok ittihamlar - “Toyuna getmədiyim üçün 30 min cərimələyiblər”
Əməkdar artist Abbas Bağırov Vergilər Nazirliyi ilə bağlı qalmaqallı açıqlama verib

Politika.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan müğənni bildirib ki, o, nazirliyin əməkdaşının toy məclisi ilə bağlı etdiyi təklifi rədd etdiyi üçün sözügedən qurum tərəfindən 30 min manat əlavə dəyər vergisinə cəlb edilib: “Bu dərəcədə özbaşınalıq mən hələ görməmişdim. Bir vergi idarəsinin əməkdaşı zəng vurdu, iki ay öncə məndən onun toy məclisində iştirak etməyimi istədi. Mən təəssüf ki, iştirak edə bilmədim. Çünki bir başqa tədbirdə olmalı idim. Sonra vergi işçisi mənə söylədi ki, “mən səni əlavə dəyər vergisinə cəlb edim, sən də bax”. Bu gün mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var. Və siz əlavə dəyər vergisinə düşmüsünüz. Sübutsuz və mənimlə bu mövzuda heç bir hesablama aparmadan”.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar