Şirvandakı hərbi zavodda güclü partlayış: ölən və yaralılar var FOTO VİDEO
26-07-2016, 17:30
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan ”Araz” zavodunda baş verən hadisə nəticəsində yaralanan 20 nəfər yaralı gətirilib.
Yaralılardan birinin vəziyyəti ağırdır. Beş nəfər isə ambulator yardım göstərildikdən sonra evı buraxılıb.
Xəstəxanadan o da bildirilib ki, partlayış baş verən əraziyə gedən və gələn yollar tıxac olduğundan “Təcili yardım” maşınlarının hərəkətində ciddi problem yaranıb.
***
Bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına artıq 11 nəfər xəsarət almış şəxs çatdırılıb. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.
***
Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilən yaralıların sayı 10-a çatıb. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti ağırdır.
*** Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.
Məlumatda deyilir ki, bu gün saat 15:35 radələrində nazirliyinin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək: “Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın”.
*** Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib.
Hadisə yerinə əlavə olaraq Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) artıq göndərilib və 3 həkim briqadası da göndərilməkdədir. Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir.
Sosial şəbəkələrdə isə rayon sakinləri 1 nəfərin öldüyünü, ondan çox yaralının olduğunu yazıblar.
*** Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 6 yaralı gətirilib. Bu barədə xəstəxanadan məlumat verilib. ***
Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda baş verən dəhşətli partlayış nəticəsində yaralananlar xəstəxanalara daşınır.
Bu barədə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov bildirib. Onun sözlərinə görə, xeyli sayda yaralı var. Hələlik yaralıların sayı dəqiqləşdirilməyib. Ölənlər barədə məlumat verilmir.
***
Şirvan şəhərində güclü partlayışla müşayiət olunan yanğın baş verib. Yerli sakinlərin bildirdiyinə görə, Müdafiə Sənayesi Nazirliyinin “Araz” zavodunda dəhşətli partlayış olub. Zavodda silah-sursat istehsal olunur.
Sakinlərin bildirdiyinə görə, hazırda partlayış baş verən əraziyə yaxın düşmək mümkün deyil. Partlayışın səsi bir neçə kilometr məsafədən eşidilib. Partlayışın gücündən hətta bir neçə kilometr aralıda yerləşən binaların şüşələri qırılıb. Zavoda yaxın ərazidə yaşaya sakinlər təxliyyə olunur.
Məlumata görə, ölən və yaralılar var.
Hazırda zavodda partlayış səsləri gəlməkdədir.
Qeyd edək ki, zavodda 46-ya yaxın işçi çalışır. Onlardan 5 rəhbər, 41-i işçi personaldı