Ötən ay “İslam dövləti” hədəfində olan ölkələrin siyahısını açıqladı. Bu sırada Azərbaycanın da adı keçirdi. Belə məlum olurdu ki, silahlı təşkilat rəsmi Bakını da hədələmək istəyib
Ancaq radikal qüvvələrin hansı beynəlxalq dairələrin nəzarətində olduğunu hesablasaq, Azərbaycanın adının siyahıda niyə olmasını da təxmin etmək olar.
Politika.Az-ın araşdırmalarına görə, marginal qrupları maliyyələşdirən və qlobal terroru yayan həmin dairələr rəsmi Bakını İD-nin dili ilə təhdid etmişdi. Azərbaycanı öz tələblərinə tabe etdirmək istəyən, geosiyasi oyunlarda öz tərəfinə çəkməyə çalışan qüvvələr hədə silahını İD-ni seçmişdi.
Avropanı, Türkiyəni terrorla basqı altında saxlamağa cəhd edən gizli qüvvələr ekstremistlərin qida, silah və internetlə təmin edirlər. İD əl Qaidə və Talibandan fərqli olaraq, internet imkanlarından maksimum dərəcədə istifadə edir.
Sosial şəbəkələrdə, müxtəif saytlarda İŞİD-çi simpatizanların gecə-gündüz təbliğat maşını işləyir. Onların himayəsindəki medianın da olduğunu qeyd etmək lazımdır. Bu isə terrorçulara həm də informasiya müharibəsi aparmaq, təbliğat və üzvlərini məhz virtual şəbəkələr üzərindən cəlb etmək şansı qazandırıb.
Son illərdə ölkəmizdən Suriya və İraqda döyüşməyə gedənlər də olub. Onların əksəriyyəti Türkiyə sərhədini keçərək Suriyaya yollanıb. Kimisi ölüb, kimisi itkin düşüb, kimisi hələ də döyüşlərdə iştirak edir.
Bunu İslam adına cihad sayan həmin şəxslər xəvaric adlanır. Azərbaycandan gedən İŞİD üzvlərinin də bu təşkilata cəlb olunmasında məhz media və sosial şəbəkələr rol oynayıb. Bu baxımdan internet terrorçuların ikinci silahıdır.
Politika.Az xəbər verir ki, amma Gürcüstanın Pankisi dərəsinə meyiti gətirilən İD komandiri Ömər Şişaninin öldürülməsi həm terror təşkilatının, həm Qafqazdan Suriyaya gedən gənclərə örnək olub. Anlayıblar ki, Şişani məhv edilibsə onların öldürülməsi daha asandır.
Bundan əlavə, son aylarda Azərbaycanda gedən dini maarifçilik, islam radikalizminə qarşı həm nəzəri, həm praktiki tədbirlər, bu qrupları maliyyələşdirən MTN-dəki dəstənin ifşa edilməsi, o cümlədən İŞİD və Talibana qoşulmuş azərbaycanlıların istintaq cəlb edilməsi hüquq-mühafizə orqanlarının peşəkar əməliyyatları nəticəsində baş tutub.
Dövlətin radikal dini qruplara qarşı apardığı gücləndirilmiş tədbirləri və bərkidilən qaykaları sözügedən gizli beynəlxalq qüvvələrin və İŞİD liderlərinin nəzərindən qaçmayıb. Onlar media üzərindən Azərbaycanda hansı siyasətin yürüdüldüyünü təhlil edirlər. Və ölkə əhalisinin dini tolerantlığa dəstək verdiyini, radikallığa etiraz etdiyini görürlər.
Politika.Az-ın əldə etdiyi məlumatlarda deyilir ki, dünya üzərində statistika aparan həmin qruplar məhz Aəzrbaycanı da nişanlayıblar. Ona görə də İŞİD-in hədəfində olan dövlətlərin sırasında Azərbaycanın da adına rast gəlinir.
Politika.Az