Fazil Məmmədovdan şok kadr dəyişikliyi

27-07-2016, 12:23   
Fazil Məmmədovdan şok kadr dəyişikliyi

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Politika.Az xəbər verir ki, nazir Fazil Məmmədovun əmri ilə Məmmədov Əflatun Məsim oğlu Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinə rəis təyin edilib.

Qeyd edək ki, bu il yaradılan Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinə İlkin Vəliyev rəhbərlik edirdi. Prezident İlham Əliyev İlkin Etibar oğlu Vəliyevi vergilər nazirinin müavini təyin etdikdən sonra həmin vəzifə boş qalmışdı.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar