İrəvanda qiyamçılar həkim briqadasını girov götürdü

27-07-2016, 12:28   
İrəvanda qiyamçılar həkim briqadasını girov götürdü
İrəvanın Erebuni rayonunda post-patrul xidməti alayının binasını ələ keçirən silahlılar təcili tibbi yardım briqadasını girov götürüb.
Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyan yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan Facebook səhifəsində yazıb.
“Bu gecə polis binasını ələ keçirən silahlı qrupun iki üzvünün yaralanmasına dair məlumat yayılıb. Hüquq-mühafizə orqanları onlara yardım edilməsini təklif edib, lakin qarşı tərəf rədd cavabı verib. Daha sonra onların qohumları həkim göndərilməsi üçün müraciət ediblər. Bir qədər sonra isə silahlı qrup yaralının vəziyyətinin ağır olduğunu bildirərək həkim tələb edib. Binaya gələn həkimlər silahlılar tərəfindən girov götürülüb. Həkimlərin danışqılar yolu ilə azad olunması üçün tədbirlər görülür”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar