Alimlərdən ŞOK İCAD: Bir də pivə içməyəcəksiz

28-07-2016, 21:05   
Alimlərdən ŞOK İCAD: Bir də pivə içməyəcəksiz

Gent Universitetinin tədqiqatçıları insan sidiyindən pivə hazırlamağın yollarını tapıb.


Publika.az xəbər verir ki, tədqiqatçıların yaratdığı yeni qurğu insan sidiyini su və mineral gübrələrə ayırmağa imkan verəcək.

Universitetin saytında dərc olunan məlumatda bildirilir ki, sidikdən əldə olunmuş sudan hazırlanan pivə öz spesifikliyi ilə seçiləcək və bu pivə musiqi festivallarında, xüsusi mərasimlərdə ən keyfiyyətli pivə növü olaraq təqdim olunacaq.

Sidikdən suyun əldə olunması üçün hazırlanan plan da maraqlıdır. Belə ki, universitetin alimləri ticarət mərkəzlərində, stadionlar və hava limanlarında sidiyin emalı üçün avtomatlar quraşdırmağa hazırlaşır. İnsanlar ayaqyoluna deyil, bu avtomatlardan istifadə edəcək. Beləliklə, istehsal üçün lazım olan qədər sidik əldə olunacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar