“Gülənçi”likdə ittiham edilərək fəaliyyəti araşdırılan azərbaycanlı xanım rektordan açıqlama

8-08-2016, 23:58   
“Gülənçi”likdə ittiham edilərək fəaliyyəti araşdırılan azərbaycanlı xanım rektordan açıqlama
Türkiyənin Giresun Universitetini keçmiş rektoru, azərbaycanlı professor Aygün Əttar adının FETÖ ilə əlaqədə hallandırılaraq fəaliyyətinin dondurulması ilə bağlı açıqlama verib

Politika.Az xəbər verir ki, universitetə rektorluğu təsdiqlənməyən və son olaylarla bağlı fəaliyyəti dondurulan, barəsində araşdırma aparılan Aygün Əttar adının FETÖ ilə çəkilməsinə qəti etiraz edib. Onun sözlərinə görə, bu, türk olduğu və erməni yalanlarına qarşı çıxıdığına görə ona qarşı aparılan kampaniyadır.

İndiki rektor professor- doktor Cövdər Çoşqunun yaratdığı komissiya tərəfindən fəaliyyəti istintaq müddətində dondurulan Aygün Əttar özünün FETÖ-yə qarşı ciddi mübaizə apardığını və buna görə də adının belə olaylarda hallandırılmasının qeyri-mümkünlüyünü vurğulayıb. Bildirib ki, rektor olduğu 2012-2016 –ci illərdə Gülən camaatının universitetdə təşkilatlanmasına imkan verməyib: “2015-ci ilin aprel ayında Papanın Türkiyəni “erməni soyqırımı” nda günahlandırmasından bir gün sonra bu məsələdə Türkiyənin mövqeyini müdafiə edən, Qarabağın işğalını İsveç parlamentində anladaraq dövlətim və millətimdən başqa gözü bir şey görməyən vətən övladıyam”.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar