Sələmə pul verən deputatdan maraqlı açıqlama

11-08-2016, 16:58   
Sələmə pul verən deputatdan maraqlı açıqlama
Bir neçə gündür bir çox KİV-də Milli Məclisin deputatı Rüfət Quliyevin sələmə pul verməsi ilə bağlı məlumatlar yayılıb

Yayılan məlumatda deputatın Namiq Səfərov adlı şəxsə 81 min dollar faizə pul verməsi, daha sonra həmin şəxsin vəfat etməsi nəticəsində, deputat vediyi pulları faizləri ilə birgə vəfat edən iş adamının qohumlarından tələb etməsi bildirilirdi.

Məsələ ilə bağlı bizimyol.info saytının əməkdaşı Milli Məclisin deputatı Rüfət Quliyevlə əlaqə saxlayıb. O saytımıza açıqlamasında əvvəlcə özünü başqa adam kimi təqdim etsə də, sonradan Rüfət Quliyev olması ilə razılaşıb və belə danışıb.

“Kim nə yazır özü bilər. Mənim xəbərim yoxdur. Mən xaricdəyəm, istirahət edirəm. Məni narahat etməyin. Bir də siz düz yığmamısız, mən o Rüfət Quliyev deyiləm”- deyə deputat bildirərək, telefonu söndürüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar