ANS birdəfəlik qapadıldı - RƏSMİ

18-08-2016, 20:49   

"ANS televiziyası fəaliyyətini bərpa edə bilməz. Çünki iyulun 29-da Bakı Apellyasiya Məhkəməsi ANS telekanalının lisenziyasının ləğvi ilə bağlı Milli Teleradio Şurasının iddiasını təmin edib".

Bu barədə Milli Teleradio Şurasının aparat rəhbəri Toğrul Məmmədov BiG.AZ-a bildirib.

Xatırladaq ki, Milli Teleradio Şurası (MTRŞ) iyulun 18-də ANS televiziyasının yayımını bir ay müddətinə dayandırıb və lisenziyasına xitam verilməsi üçün məhkəməyə müraciət edib.

ANS-ÇM radiosunun fəaliyyətinə gəlincə, “MTRŞ iyulun 18-də bu radioya verilmiş lisenziyanın qüvvəsini itirməsi ilə bağlı qərar verib və radio da fəaliyyətini bərpa edə bilməz”, - deyə Toğrul Məmmədov qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar