Ötən ilin fevral ayında manatın dollar və avro qarşısında dəyər itirməsindən sonra xarici valyutanın manata təzyiqləri və bunun nəticəsində manatın özünü qoruya bilməməsi prosesi hələ də davam edir
Özəl mənbələrdən əldə edilən məlumata görə, hazırda dollar və avro qarşısında təzyiqlərə tab gətirmək iqtidarında olmayan manatın 22 Avqust tarixindən etibarən yenidən ciddi şəkildə dəyər itirəcəyi gözlənilir.
Xatırladaq ki, bu günlərdə qara bazarda 1 ABŞ dolları 1.673 manata satılır.
Səhihliyinə şübhə etmədiyimiz mənbənin sözlərinə görə, 22 Avqust (Bazar ertəsi) tarixindən etibarən dollar manat qarşısında 2 AZN-dən satışa çıxarılacaq.(24saat.org)