Rusiya mətbuatı Rövşən Lənkəranskinin ölümündən sonra Moskvada kriminal qarşıdurmaların artacağından yazıb.
Lənkəranskinin qətlindən dərhal sonra Moskvada onun adamlarının “ovu”na çıxılıb: “İndi onlar hamısı gizləniblər. Kimisə döyməklə, kimisini Rövşənin ardınca göndərməklə hədələyirlər. Göyərti tədarükçüləri də Lənkəranskinin məkanlarından qaçırlar. Onun ölümü Moskvada ciddi qarşıdurmalara gətirib çıxaracaq, atəş səsləri eşidilə bilər”.
Digər Rusiya nəşrinin yazdığına görə, dünən Yekaterinburqda məşhur tərəvəz bazasında silahlı toqquşma baş verib. Münaqişə nəticəsində bir nəfər yaralanıb. Məlumatı DİN Baş İdarəsi də təsdiqləyib. İnsident zamanı bazada çalışan fərdi sahibkarlardan biri 1994-cü il təvəllüdlü adı açıqlanmayan şəxsi travmatik tapança ilə dizindən yaralayıb. Bazanın bir hissəsinə nəzarət Lənkəranskinin əlində olub. Baş verən silahlı insidentin nüfuz sahələrinin bölüşdürülməsi üstündə olduğu istisna edilmir./qafqazinfo/