Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən 2016-cı il Yay Olimpiya Oyunları başa çatdı. “Qafqazinfo” xəbər verir ki, 56 idmançı ilə turnirə qatılan komandamız 18 medal qazanmaqla Olimpiya tariximizdə yeni səhifə açdı.
Qeyd edək ki, prezident İlham Əliyev Olimpiya Oyunlarından əvvəl idmançılara qazanacaqları medal qarşılığında mükafat veriləcəyi ilə bağlı sərəncam imzalamışdı. Sərəncamda qeyd olunurdu ki, qızıl medal qazanan idmançı 400 min manata, gümüş medal sahibi 200 min manata, bürünc əldə edənlər isə 100 min manata yiyələnəcək.
1. Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat.
2. İkinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
3. Üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
Rio Olimpiadasından qayıdan yığmamıza ümumilikdə 2,8 milyon manat veriləcək.
Bu nəticələr idmançıların gücü ilə yanaşı, həm də federasiyaların nüfuzunu ortaya qoydu. Məlum oldu ki, hansı federasiyalarda işlər nizam-intizamla qurulub. Ümumiyyətlə, qurulubmu? Çünki idmançıların göstərdiyi nəticələri qənaətbəxş saymayanlar, idman ölkəsi kimi tanınan Azərbaycanı daha böyük uğurlar əldə edəcəyini gözləyənlər çox idi.
Hansı federasiyalar Olimpiya Oyunlarından başıuca çıxdı?
Yığmamız bu nəticə ilə turniri 39-cu pillədə başa vurdu. Medal sayına görə isə 15-ci olduq. Ümumilikdə 18 medalı 5 idman növündə qazandıq. Taekvando, kayak və kanoedə isə komandamız ilk dəfə fəxri kürsüyə qalxa bildi.
Taekvondo Federasiyası (prezident Kəmaləddin Heydərov)
Patimat Abakarova (49 kq) – bürünc medal qazanıb
Milad Beiqi Harçeqani (80 kq) – bürünc medal qazanıb
Radik İsayev (+80 kq) – qızıl medal qazanıb