Nüfuzlu qanuni oğru Rövşən Lənkəranskinin killeri haqda məlumatlar əldə etmişik
Politika.Az-a daxil olan xəbərə görə, İstanbulda həbs edilən Zaur Sumqayıtski oteldəki toplantıda iştirak edib.
Onun R.Lənkəranskinin yaxın adamı olduğu xəbər verilir. Z.Sumqayıtski uzun müddət imiş ki kriminal avtoritetin killeri kimi fəaliyyət göstərib. Qətl günü də oteldə keçirilən yığıncaqda olub. Onun qanuni oğru dünyasında bir o qədər məşhur olmadığı bildirilir. Zaur Sumqayıtski son illər Rövşən Lənkəranskinin briqadasında olub və onun məsul tapşırıqlarını icra edib.
Zaur Sumqayitski illərdir ki, Azərbaycanda axtarışdadır. Onunla birlikdə Vahid Bakinski də tutulub. Mətbuat ilk günlərdə yanlışlığa yol verərək ghəmin şəxslər Rövşənin qatilləri kimi təqdim edib. Amma bu xəbərlər səhv gedib və əslində, onlar Lənkəranskinin killeri olub.
Politika.Az