Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktub müzakirələrə səbəb olub
Politika.Az xəbər verir ki, onun çıxışına tanınmış vəkil Aslan İsmayılov da reaksiya verib.
Hüquqşünas bildirib ki, Seyidov MTN-in Anti-Terror Mərkəzinin bir qrup əməkdaşının “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə mükafatlandırılmasını xahiş edib:
“Məktub mətbuatda işıq üzü görəndən sonra ictimai qınaqla qarşılaşan Ənvər Seyidov “mən haradan bilim ki, o, goreşən olub” deməklə özünə bəraət qazandırmaq istəyib. Ancaq Ənvər Seyidov bir məsələni unudub və demir ki, o goreşənin mürdəşirləri kim olub?!
Bu məsələdə onun çətin vəziyyətini anladığımdan fikirlərini tamamlayım. Bəli, Eldar Mahmudov onun dediyi kimi "goreşən" olub və onun "mürdəşir"ləri isə istintaq aparan müstəntiqlər, onlara nəzarət edən prokurorlar, ən başlıcası isə hamısının qanunsuzluqlarını hökm şəklinə salan hakimlər olub. Nə qədər ki, mürdəşirlər olacaq o vaxtacan goreşənlər də olacaq”.
Politika.Az