“Devalvasiyanın günahkarı Samir Şərifovdur” - Cahangir Hacıyev

24-08-2016, 17:14   
“Devalvasiyanın günahkarı Samir Şərifovdur” - Cahangir Hacıyev

Əməkdaşımızın məhkəmədən verdiyi son məlumata görə, bir az öncə C.Hacıyevin ifadəsi bitib

Onun ifadəsi-çıxışı məhkəmə zalında iştirak edənlər tərəfindən alqışlarla qarşılanıb. Bundan sonra hakim zaldakılara xəbərdarlıq edib, hətta, C.Hacıyevin qohumlarından birini zaldan qovub.

C.Hacıyevin məhkəmə zalından çıxarılan qohumu Zaur Veyisovun əməkdaşımıza verdiyi açıqlamaya görə isə zalda aidiyyatı olmayan insanlar var: ” Ancaq yaxşı olardı ki, onların yerinə media mənsublarını buraxaydılar”.

O, əlavə edib ki, C.Hacıyev çıxışında bir daha S.Şərifovu hədəfə alıb. “Vaxt gələcək bizim yerimizdə Samir Şərifovu əyləşəcək və bu suallara onun özü cavab verməli olacaq. Camaat devalvasiyada Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu ittiham edir. Amma bu belə deyil, Elman müəllimin heç bir günahı yoxdur. Bu məsələdə günahkar S.Şərifovdur. Devalvasiya “ideyası” şəxsən Samir Şərifova məxsusdur”- deyən Z.Veyisovun bildirdiyinə görə, C.Hacıyev ifadəsində bu fikirləri səsləndirib.

***
14:40

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi günun ikinci yarısında da davam etdirilib.

Gununsesi.info-nun əməkdaşının verdiyi məlumata görə, ancaq proses jurnalistlərin iştirakı olmadan keçirilib. Buna səbəb kimi sabiq vicdan məhbusu, tanınmış jurnalist Xədicə İsmayılovanın məhkəməyə gəlməsi olub.

O da bildirilib ki, məhkəmə zalına təqsirləndirilənlərdən hər birinin cəmi 3 nəfər qohumu buraxılıb.
Hazırda C.Hacıyev ifadə verir.

Politika.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar