Sabunçu xəstəxanası baş verən hadisə ilə bağlı prokurorluğa müraciət etdi

29-08-2016, 17:54   
Sabunçu xəstəxanası baş verən hadisə ilə bağlı prokurorluğa müraciət etdi

Avqustun 28-də blogger Mehman Hüseynovun Sabunçu Xəstəxanasında həkim etinadsızlığı ilə bağlı video hazırlayıb.

Sosial şəbəkələrdə gündəmə çevrilən 3 saylı şəhər klinik xəstəxanası barədə dəfələrlə mətbuatda xəbərlər yayılır. Onu da qeyd edək ki, Mehman Hüseynov hadisəni lentə alarkən mühafizəçilər müdaxilə edib və polis onu və iki fəalı bölməyə aparıb. Bir neçə saat bölmədə qaldıqdan sonra isə, onlar izahatları alınaraq, sərbəst buraxılıb

Paylaşılan videoda jurnalist gördüklərini belə qeyd edib:

“Dəhşətlidir! Sabunçu xəstəxanasında dünən baş verən hadisə, baxın görün yerli xəstəxanalarda vətəndaşlarımızı necə öldürürlər. Baxın görün xəstə vətəndaşlarımızla necə davranırlar. Səhiyyəmizin əsl üzü ilə tanış olun! Sabunçu xəstəxanası (qəssabxanasında) özbaşnalığa baxın. Rüşvətxorluq, dərəbəylik. Bir sözlə cəhənnəmi görmək istəsəniz gedin Sabuçu xəstəxanasına!”

Qaynarinfo.Az məsələyə aydınlıq gətirmək üçün adı çəkilən xəstəxana ilə əlaqə saxlayıb. 3 saylı şəhər klinik xəstəxanasının baş həkiminin cərahiyyə şöbəsi üzrə müavini Əbülfəz Hüseynov mətbuatda yayılan məlumatları qərəzli adlandırıb:

“Dünən bütün həkimlər öz işlərinin başında olublar. Həmin gün 72 müraciət olunub, 3 əməliyyat aparılıb. Həmin hadisədə xəstəxanada onlar özlərini çox pis aparıblar, tibb bacılarına və həkimlərə hücum olunub. Xəstəxanada mühafizəçinin əlini dişləyiblər. Amma paylaşılan videoda bu barədə nə deyilir, nə də göstərilir. Bundan başqa həkimləri təhqir ediblər. Səhiyyə naziri Oqtay Şirəliyev barədə pis ifadələr işlədiblər. Bu barədə artıq prokurorluğa müraciət etmişik.

Qəbul şöbəsində xəstələri qəbul etməyə gəlincə, siz özünüz fikirləşin, 5-6 tibb bacısının içində kim-kimdən pul istəyə bilər. Bizim xidmətlər tam pulsuzdur”.

Dünən insidentə səbəb olan videonu təqdim edirik:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar