“Elman Rüstəmov, Samir Şərifov, Cahangir Əsgərov, Hacıbala Abutalıbov və Ziya Məmmədovun varidatı müsadirə edilsin” - Təklif

5-09-2016, 13:33   
“Elman Rüstəmov, Samir Şərifov, Cahangir Əsgərov, Hacıbala Abutalıbov və Ziya Məmmədovun varidatı müsadirə edilsin” - Təklif
“Dollar artıq hər gün bahalaşır, vəziyyət krtikdir. Üçüncü devalvasiya baş verir”

Politika.Az cebhe.info-ya istinadən xəbər verir ki, bu sözləri “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı deyib. QHT sədri qeyd edib ki, manatın məzənnəsinin ucuzlaşması dollarla bank borcu olanlar üçün çox ağır zərbədir:

“Bir sıra oğru nazir və məmurların fəaliyyətinin nəticəsidir ki, indi minlərlə insan əziyyət çəkir. Prezidentə dəstək olaq. Belələrini ictimailəşdirək, Azərbaycanımızı təhlükələrdən, bəlalardan qurtaraq. Belə məmurların sırasında rayon icra hakimləri, Eldar Mahmudov (MTN) əməliyyatında həbs olunanlar, rəsmən ölkənin maliyyə , pul məsələlərinə baxanlar var. Baş bankir Elman Rüstəmov, Samir Şərifov, AZAL prezidenti Cahangir Əsgərov, Hacıbala Abutalıbov, Ziya Məmmədov - bunların millətdən oğurladıqları varidatları müsadirə edilib ölkənin büdcəsinə keçirilsin. Xalqımızın güzəranını yaxşılaşdırmaq üçün prezidentə dəstək olaq və oğru məmurları ictimailəşdirək”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar