Məşhur serial "Kurtlar vadisi pusu"nun yayımlanacağı kanal bəlli olub.
BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial “Kanal D”də izləyiciləri ilə görüşəcək.
Özünə kanal tapa bilməyən serial yenidən “Kanal D”yə qayıdıb.
Qeyd edək ki, Türkiyənin ən uzunömürlü seriallarından biri olan “Kurtlar Vadisi Pusu”nun baş rollarında Necati Şaşmaz, Defne Samyeli, Cahit Kayaoğlu, Erhan Ufak kimi aktyorlar yer alır.