ANS anons çəkilişlərinə başlayıb? - Telekanaldan açıqlama

7-09-2016, 14:10   
ANS anons çəkilişlərinə başlayıb? - Telekanaldan açıqlama

ANS televiziyası yeni mövsümə hazırlaşır

Ölkə.Az-ın məlumatına görə, artıq telekanalın bir neçə verilişlərinin anons çəkilişinə başlanılıb.

ANS Şirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov isə ölkə.az-a açıqlamasında bu barədə xəbərsiz olduğunu söyləyib:

"İnanmıram ki, ANS anons çəkilişlərinə başlasın. Gərək açılsın ki, çəkilişlər başlasın".

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına Bakı Apellyasiya Məhkəməsində baxılıb və şirkətin lisenziyası ləğv edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar