Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ziya Məmmədov özü haqda şayiələr yaydırır?

15-02-2017, 21:40   

Fevralın 13-də prezident sərəncamı ilə rəhbərlik etdiyi nazirlik Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirən sabiq nəqliyyat naziri Ziya Məmmədov özü haqda şayiələr yaydırır.

Bu sensasion iddia haqda AFN-ə hökumətdəki mənbə məlumat verib. Bildirilir ki, sabiq nazir gah vitse-prezident, gah baş nazir gətiriləcəyi ilə bağlı şayiələr yaydırır: “Bunun üçün daha çox sosial şəbəkə istifadəçilərinin “xidməti”ndən yararlanan nazirin məqsədi qaranlıqdır. Amma görünən odur ki, artıq bu şayiələr mətbuata da sızıb. Bir sıra KİV-lər Z.Məmmədova yeni vəzifə veriləcəyilə bağlı ehtimallar yayırlar. Hökumətdə lazımı dairələr bundan xəbərdardırlar. Sabiq nazirə də irad bildirilib. Onun bu gün verdiyi açıqlama həmin fəaliyyətini ört-basdır etmək üçündür deyə bir rəy var yuxarılarda”.

Mənbəmiz Z.Məmmədovun qardaşı Elton Məmmədovun verdiyi açıqlamanın da eyni qəbildən olduğunu deyib. Qeyd edək ki, E.Məmmədov Ziya Məmmədovun gələcəkdə vitse-prezident olacağı ilə bağlı gəzən söhbətlərlə bağlı suallara belə cavab verib: “Bu məsələ müzakirə mövzusu ola bilməz. Kantın belə bir aforizmi var: Bunları buraxaq zamanın ixtiyarına. Vaxt gələr hər şeyə qiymət verilər”.

Mənbəmiz sabiq naziri və yaxınlarını açıqlamalar verərkən ifadə seçimlərinə diqqət etməyə çağırır: “Prezidentin fərman və sərəncamları müzakirə mövzusu ola bilməz. Kimin hansı vəzifədə olmalı olduğuna yalnız ölkə başçısı qərar verə bilər, bu işlər şayiələrlə, yazmaqla, müzakirələr açmaqla olmaz”.



AFN.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar