Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ strateji silahların məhdudlaşdırılması ilə bağlı müqavilələrdən imtina edir

18-02-2017, 17:02   
ABŞ strateji silahların məhdudlaşdırılması ilə bağlı müqavilələrdən imtina edir
Rusiya üçün silah yarışı kabusu qapıda

Bu yaxınlarda Tom Kottonun rəhbərliyi ilə senatorlar qrupu yeni bir qanun layihəsini ABŞ Senatına təklif etməyə hazırlaşır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, həmin qanun layihəsi Orta və kisik mənzilli raketlər (OKMR) haqqında müqaviləni pozduğuna görə Rusiyanı cəzalandırmaq məqsədilə hazırlanıb.

Layihədə cavab tədbirləri ilə yanaşı ən sərt reaksiyanın- Avropada ABŞ raketlərinin müvafiq surətdə yerləşdirilməsi də nəzərdə tutulub.

Hələ ki, Donald Tramp administrasiyası bu məsələyə soyuq yanaşır.

Qanun layhiəsi Mark Rubio və Ron Conson kim nüfuzlu respublikaçılar tərəfindən də dəstəklənir. Nümayəndələr palatasında da respublikaçılar Ted Po və Mayk Rocers bənzər layihəni gündəmə gətiriblər.

Senator Ron Conson məsələ ilə bağlı “Moskvanın dəfələrlə Vaşinqtonla imzaladığı müqavilələri pozduğunu” bildirərək ABŞ-ın buna cavabsız qalmayacağını vurğulayıb.

“Əgər Rusiya orta mənzilli raketləri sınaqdan keçirib müvafiq bazalara yerləşdirmək istəyirsə belə bir məntiq bizi cavab verməyə məcbur edir. Biz bu qanunun Rusiyanın durdurula bilməz təcavüzünün sərhədlərini qəti şəkildə müəyyən etmək üçün təklif edirik”,-öz növbəsində layihənin müəllifi Tom Kotton qeyd edib.

Konqresmenlər tərəfindən təklif edilən layihədə orta mənzilli raketlərdən aktiv müdafiə vasitələrinin işlənib hazırlanması, ABŞ-ın bu sinifdən olan öz raketlərini istehsal etməsi və onların Avropadakı müttəfiqlərə verilməsi, Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilənin qüvvəsinin dayandırılması kimi tədbirlər sıralanıb.

“Rusyadakı rejimə quru xəbərdarlıqlarla təsir göstərməyin mənası yoxdur. Bunun üçün biz Avropadakı nüvə silahlarımızın gücləndirilməsini önə çəkməliyik”,-layhiə müəllifləri qeyd edir.

Raket mövzusu ilk dəfə “The New York Times” qəzeti tərəfinən ön plana çəkilib. Qəzetin adı çəkilməyən mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya OKMR haqqında müqaviləni pozaraq 500 km-dən yuxarı mənzilli raketləri sınıqdan keçirmiş və bu raketlərin 2 divizyonunu (hər birində 4 qurğu olmaqla) ərsəyə gətirmişdir.

Onlardan biri Kapustin Yar poliqonunda (Həştərxan vilayəti), digəri isə Mərkəzi Rusiyada yerləşən briqadalardan birinə təhvil verilib.

Rusiya Müdafiə nazirliyi xəbərlə bağlı rəsmi reaksiya verməyib.

Rusiyanın orta mənzilli raketlr istehsal etməklə OKMR haqqında müqaviləni pozması ilə bağlı ittihamlar Vaşinqtonun dilindən 2007-ci ildən bu yana səsləndirilir.

Bu barədə ilk rəsmi açıqlama 2014-cü ilin iyul ayında verlib. Bu ilin yanvarın 27-də isə ABŞ Konqresinin Araştırma mərkəzi problemin tarixinin və onun həlli yollarını əks etdirən xüsusi məruzə təqdim edib.

Qəzetin yazdığına görə, bu cür məruzələr aylar öncəsindən hazırlanır, yəni onu hələ Barak Obama dövründən yazmağa başlayıblar.
Ekspertlərin fikrincə, söhbət Rusiyanın Yekaterinburq şəhəridə yerləşən “Novator” konstruktor bürosu tərəfindən “İsgəndər” kompleksləri üçün hazırlanan, həmçinin Suriyada geniş şəkildə istifadə edilən “Kalibr” tipli raketlərdən gedir.

Stenford universitetinin Beynəlxalq təhlükəsizlik və əməkdaşlıq mərkəzinin elmi əməkdaşı Pavel Podviq Kottonun təklifini ən azı ağılsızlıq hesab edib:

“Onlar Avropalı müttəfiqlərinə orta mənzilli nüvə raketlərini təklif edirlər. Lakin müqaviləyə görə ABŞ-da belə raketlər ola bilməz. O zaman ABŞ-ın nəyi təklif edəcəyi özü bir müəmmadır.

Bundan başqa senator ABŞ-ın SSM-2 (Strateji Silahların məhdudlaşdırılması-red.) haqqında müqavilədən də çıxmasını təklif edir. Əgər Rusiya da bu müqavilədən çıxsa o zaman ABŞ Rusiyanın nüvə qüvvələri üzərində leqal nəzarət imkanlarını itərəcək”.

Hadson institutunun hərbi-siyasi analitiki, “Valday” beynəlxalq klubunun üzvü Riçard Vays hesb edir ki, Donald Tramp hələ ki, diqqətini bu problemə yönəltməyib və konqresmenlərin onu öz tərəfinə çəkə biləcəkləri məlum deyil.

“Barak Obama administrasiyası bu tip məsələlərdə diplomatiyaya güvənirdi. İndiki rəhbərliyin isə ümumiyyətlə nə edəcəyini bilmək olmur. Çox güman ki, sərt xətt tərəfdarları prezidenti öz fikirlərində haqlı olduqlarına inandıra biləcəklər. Onların bir çoxu NATO-nun şərqində Rusiyaya qarşı raketdən müdafiə sisteminin qurulması fikrində əmin görünürlər”, ekspert qeyd edib.

Vaqif Hüseyn, musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar