Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İŞİD-çiləri Quran ayələri ilə susduran qoca nənə -VIDEO

21-02-2017, 15:16   


FaktXeber.com-un verdiyi məlumata görə, bu günlər sosial şəbəkələrdə suriyalı ağbirçək nənənin İŞİD terrorçuları ilə debatı əsas müzakirə mövzularından olub.

Yaşlı qadın terrorçularının avtomobili saxlayaraq onlara öyüd-nəsihət verdikdən sonra Quran ayələrindən istifadə edərək onların cinayətkar və İslama düşmən olduqlarını sübut edir. Özlərinə İslam adı ilə “hökumət” quran terrorçulara qoca nənə: “Sizin qurduğunuz dövlət “Dovlətul-islamiyyə” (İslam dövləti) yox, “dövlətul-məlunə”(lənətlənmiş dövlət)-dir. Siz İslamın simasını ləkələyirsiz”, deyir.

Daha sonra ardıcıl şəkildə Quranın müxtəlif ayələrindən stat gətirən yaşlı xanım İŞİD terrorçularını tam mənada susmağa vadar edir. O, istifadə etdiyi ayələrdə İslamın sülh və islah dini olduğunu, digərlərinə zülm etməyə zidd olmasını və müsəlmanlar arasında qan axıdılmasının haramlığı isbat edərək, qarşısında duran vəhabiləri “uzunqulaq” adlandırır.

Onları Amerika və digər ölkələrdən silah alaraq müsəlmanlar arasında fitnə yaratmaqda ittiham edən nənə, terrorçulara: “Allaha tərəf qayıdın!” deyə xitab edir.

Sosial şəbəkələrdə terrorçularla açıq debat aparan ağbirçək nənə qəhrəman ana kimi tanınıb.

[media=https://www.youtube.com/watch?time_continue=2&v=6kAj_9y2ow4]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar