Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Müharibə partiyası”nın “ağır topu” Ərdoğanı necə aldatdı? - ABŞ əsgərləri ilə MƏXFİ PLAN

23-02-2017, 16:59   

ABŞ-ın Respublika Partiyasının üzvü, senator Con Makkeyn bu həftə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməmişdən öncə Suriyaya gizli səfər edib.

Publika.az xəbər verir ki, Makkeyn Suriyanın şimalında terror təşkilatı PKK-nın qolu olan PYD/YPG üzvlərinin təmsil olunduğu Suriya Demokratik Güclərinə dəstək verən amerikalı xüsusi təyinatlı əsgərlərlə görüşüb.

Makkayenin səfəri ilə bağlı rəsmi açıqlamada məqsədin İŞİD-in tamamilə məhv edilməsi olduğu deyilir.

Lakin “The Wall Street Jorunal” nəşri Makkeynin 2015-ci ildə İŞİD-dən təmizlənən Kobaniyə getdiyini və orada YPG liderləri ilə görüşdüyünü yazıb.

Qeyd edək ki, Makkeyn “müharibə partiyası” olaraq tanınan respublikaçıların “ağır topu” hesab olunur.

Asif
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar