“Qarabağda vəziyyətin gərginləşməsinin səbəbini Ermənistanın daxili problemləri ilə əlaqələndirirəm”
Bu sözləri Politika.Az-a politoloq Qabil Hüseynli Qarabağda atəşkəsin təzədən pozulması haqda danışarkən bildirib.
Qarabağda savaş niyə qızışıb?
Onun sözlərinə görə, Ermənistanda seçkilər yaxınlaşır: “Sərkisyan və onun tərəfdaşları bu seçkilərdə üstünlük qazanmaq istəyir və çox güman ki, bu belədə olacaq.
Bunun üçün onlar Azərbaycana qarşı şantaj xarakterli müxtəlif hərəkətlər edirlər. Məsələn, baş nazir deyir ki, İskəndər-M tipli raketlər özümüzə məxsusdur və çox böyük dağıdıcı qüvvəyə malikdir.
Bununla yanaşı daxili qəzetlərdə yazdıqlarına görə,bunların hamısı onu göstərir ki, guya Ermənistan ordusunun potensialı çox yüksəkdir.
Başqa bir səbəb isə Vardanyanın Moskvaya tez-tez səfər etməsidir.Rusiya isə danışıqlar prosesi haqqında ötəri danışır. Fikrimcə danışıqlar prosesindən çox, bölgədə hər hansı bir qarşıdurma yaradılmasını daha çox istəyirlər”.
Analitik hesab edir ki, Bakının Avropa qaz bazarını qazanmaq üçün Moskvanı üstələməsi bir alət kimi Ermənistanı Rusiyanın əlində istifadə etməyə şərait yaradır:
“Qarabağda keçirilən referendumu birmənalı olaraq “Qərb” qəbul etmir.Çünki onlar qondarma respublikanı tanımırlar və onların atdıqları bütün siyasi addımları qəbul etmirlər”.
Politika.Az