Ermənsitan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərgin olaraq qalır.
Cebhe.info-nun məlumatına görə, fevralın 25-də gecə saat 03:00 radələrindən başlayaraq, cəbhənin Xocavənd-Füzuli istiqamətində irimiqyaslı döyüşlərin başlanması xəbərini Ermənistan mediası da təsdiqləyib.
Lakin hər dəfə olduğu kimi, Ermənistan tərəfi bu dəfə hücuma Azərbaycan tərəfinin keçməsi barədə dezinformasiyalar yayır. Eyni zamanda düşmən tərəfi Ermənistan ordusundan guya heç bir yaralanma və ölüm halının baş vermədiyini iddia edir. Halbuki, ağır artilleriyadan istifadə olunduğu döyüş şəraitində erməni əsgərlərinin gülləkeçirməz olduğunu söyləmək inandırıcı görünmür.
Ermənistan mediasının iddiasına görə, atışma zamanı şəhid olan Azərbaycan əsgərlərinin meyitləri neytral zonada qalıb. “Azərbaycan tərəfi isə hazırda cəbhənin şərq istiqamətində xeli sayda zirehli texnika, artilleriya və canlı qüvvə cəmləşdirməkdə davam edir” deyə erməni mediası vurğulayıb.
Müşfiq
Cebhe.info