Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

CƏBHƏDƏ AĞIR DÖYÜŞLƏR DAVAM EDİR – Düşmən çoxsaylı itki verib, kəndləri boşaldırlar

25-02-2017, 17:05   
CƏBHƏDƏ AĞIR DÖYÜŞLƏR DAVAM EDİR – Düşmən çoxsaylı itki verib, kəndləri boşaldırlar

Ermənistan hərbi birləşmələri dünən gecədən başlayaraq, bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə təxribat hücumları edib.Publika.az xəbər verir ki, düşmənin təxribat hücumlarının qarşısını alınıb.
Məlumatlara görə, döyüşlər hazırda da davam edir. Ermənistan mediası Azərbaycan Ordusunun nəzarət etdiyi Talış kəndində qalan son sakinlərin də evlərini tərk etdiyini yazıb. Talış bələdiyyəsinin sədri Vilen Petrosyan deyib ki, kənddə 10-15 kişi qalıb.
“Əslində, Talışda çox adam yox idi. Təxminən 10-15 kişi qalıb. Onların ailələri isə orada yaşamır. Hazırda kənd tamamilə boşalır”, – deyə o bildirib.

Qeyd edək ki, ötən ilin aprelində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyini azad edərək, Talış kəndinə də nəzarəti əldə edəndən sonra oradakı bütün ermənilər ərazini tərk etdi. Daha sonra cəmi 10-15 ailə geri qayıtdı. Görünür, indi onlar da kəndi tərk edirlər.
Ermənistan mediası cəbhəboyu ərazilərdə yaşayan ermənilərin qorxu içində olduğunu, əksər ailələrin qaçmağa hazırlaşdığını yazıb. Bir neçə erməni ailəsi isə artıq əraziləri tərk edir.
Ermənistan rəsmiləri itkilərini gizlətsə də, sosial şəbəkədə erməni istifadəçilər çoxsaylı ölü və yaralıların olduğunu yazır.





Misal üçün, erməni rejissor Arşak Zakaryan feysbuk hesabında yazıb ki, erməni hərbi birləşmələri itkilər verib. Onun statusuna şərh yazan erməni istifadəçilər də itkilərin olduğunu təsdiqləyib. Ermənistanda ümumi ab-hava isə əhalinin qorxu içində olduğunu göstərir.

___
Müdafiə Nazirliyi: Düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir
artaa

Fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.

Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar