Erməni hərbi birləşmələrinin təxribat hücumundan sonra cəbhə xəttində gərginlik davam edir.
Publika.az xəbər verir ki, Ermənistan tərəfi itkilərini gizlətməyə çalışsa da, sosial şəbəkələrdə düşmən ordusunun böyük itkilər verdiyi haqda məlumatlar yayılıb.
Məlumatlara görə, erməni hərbi birləşmələri Ağdam istiqamətində gedən döyüşlərdə 20-dən artıq itki verərək, geri çəkiliblər.