Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Arif Hacılı və İsa Qəmbər prokurorluqdadılar

27-02-2017, 11:13   

Müsavat Partiyası başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu saatlarda Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə daxil oldular.

Onları vəkil Osman Kazımov müşayət edir.

Qeyd edirik ki, Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılmışdılar. Müsavat Partiyasının mətbuat departamentindən verilən xəbərə görə, prokurorluq Müsavat Partiyasına bununla bağlı 24 fevral 2017-ci il tarixdə rəsmi çağırış vərəqələri göndərmişdi. Çağırış vərəqələrində bildirilmişdir ki, Arif Hacılı və İsa Qəmbər şahid qismində ifadə vermək üçün fevralın 27-də saat 10:30-da Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunurlar. Çağırışda istintaqın mühacirətdə olan Azərbaycan vətəndaşları ilə əlaqədar olduğu qeyd olunmuşdur.


bastainfo.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar