Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənistanda güclü zəlzələ: Qafanda təxliyə YENİLƏNİB

28-02-2017, 13:20   
Ermənistanda güclü zəlzələ: Qafanda təxliyə YENİLƏNİB
Xəbər verdiyimiz kimi, fevralın 28-də Ermənistan-Azərbaycan sərhədində zəlzələ baş verib.

Virtualaz.org-un tert.am-a istinadən məlumatına görə, Qafan merinin mətbuat katibi Armin Avakyan deyib ki, şəhərdə bu gün saat 10:17-də qeydə alınan zəlzələ nəticəsində bütün infrastrukturlardan uşaqlar təxliyə olunub, dağıntılar qeydə alınmayıb.

"Əvvəlcə təkanlar güclü idi və səs-küylü idi. İnsanlar ilk anlarda elə bildilər ki, nəsə partlayış baş verib. Sonra afterşok izləndi və aydın oldu ki, zəlzələ baş verib", - deyə Armin Avaqkan bildirib.

Mətbuat katibi bildirib ki, təkandan sonra telefon bağlantılarında, həmçinin internetə girişdə problem yaranıb,: "Buna görə təlaş başlandı, ancaq meriyanın əməkdaşları şəhəri gəzdilər və xəbərdarlıq etdilər ki, dağıntılar və itkilər qeydə alınmayıb”.

* * *11:30

Bu gün Ordubaddan 37 kilometr şimal-şərqdə, Azərbaycan-Ermənistan sərhədində 3.5 bal gücündə zəlzələ olub.

Virtualaz.org Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 10:28:14-də qeydə alınıb.

Episentri 11 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubadda üç bala qədər hiss olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar