Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Nar” ADA Universitetinin təşkil etdiyi karyera sərgisində

3-03-2017, 08:37   


yeni vakansiyalar təqdim etdi

“Nar” gənclərin işlə təmin edilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir. Belə

ki, mobil operator 2 mart 2017-ci il tarixdə ADA Universiteti tərəfindən bu təhsil müəssisəsinin

kampusunda təşkil edilmiş 5-ci karyera sərgisində iştirak edib. Universitetin istedadlı,

məqsədyönlü və çalışqan tələbələrinin iştirakı ilə keçirilən sərgidə biznesin təşkili və idarə

edilməsi, ictimai siyasət və idarəetmə, beynəlxalq münasibətlər və diplomatiya, informasiya

texnologiyaları və kompüter mühəndisliyi, kompüter elmləri və sistem mühəndisliyi və

iqtisadiyyat ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.  

ADA Universiteti tələbələrinin işgüzar mühitə inteqrasiyasına dəstək məqsədilə təşkil edilmiş

karyera sərgisində iştirak edən “Nar” bununla illər ərzində uğurlu əməkdaşlıq etdiyi ADA

Universiteti ilə olan tərəfdaşlıq münasibətlərinə daha bir töhfə verib.

“Nar” gənc kadrlara 5 iş vakansiyası təqdim edib. Brend və reklam işi üzrə mütəxəssis,

kommersiya üzrə analitik, rəqəmsal marketinq üzrə mütəxəssis, media satınalması üzrə

mütəxəssis və müştəri xidmətləri üzrə nümayəndə kimi vakant iş yerlərini təqdim edən mobil

operator gənclərin işə cəlb edilməsi istiqamətində daha bir addım atıb.

Tədbirdəki “Nar” stendi gənclərin böyük marağına səbəb olub. Təqdimat zamanı onlara iş

vakansiyaları barədə daha ətraflı məlumat verilib, mobil operatorun nümayəndəsi gəncləri

maraqlandıran suallara cavab verib, müvafiq prosedur əsasında maarifləndirici söhbət aparılıb.

Namizədlər öz tərcümeyi-hallarını “Nar” nümayəndəsinə təqdim ediblər. “Nar” operatorunda

karyera fürsəti ilə maraqlanmış ən uğurlu namizədlər müsahibəyə dəvət olunaraq mobil

operatorda qeyd edilən vakansiyalar üzrə işlə təmin edilmək imkanı qazanacaqlar.

“Nar” vakansiyaları haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar