Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünyanın qorxu ilə gözlədiyi DAĞIDICI ZƏLZƏLƏ üçün: Tarix verildi

9-03-2017, 16:28   


Cebhe.info Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbul Universitetinin geofizika mühəndisliyi bölməsinin professoru Övgün Ahmet Ercan Mərmərə zəlzələsinin 2039-2040 –ci illərdə olacağını açıqlayıb.



Professor bununla bağlı yaydığı yazılı açıqlamada ətraf mühit və Şəhərsalma naziri Mehmet Özhasekinin Mərmərənin şimalında 2030-cu ilə qədər 7.2 bal gücündə zəlzələ ola biləcəyinə dair açıqlamasını dəyərləndirib.

2 min illik zəlzələləri analiz edən professor aşağıdakılar bildirib: “Mərmərədə son 2 min ildə baş verən zəlzələri analiz edəndə 6.6 - 7.2 bal gücündə zəlzələnin baş vermə ehtimali 24-dür. Belə bir zəlzələ 6.7 bal gücündə 1935-ci ildə Erdekdə olub. Bu böyüklükdəki zəlzələ hər 104 ildən bir olur. Buna görə də yeni zəlzələnin baş verməsi 2039-2040-cı illərdə gözlənilir.
Mərmərədə 7.2 baldan yuxarı zəlzələ ola biləcəyi ehtimalından danışan professor “Belə bir zəlzələnin 2500-cü ildən tez olması heyrətləndirici olar. 71 faiz ehtimalla Mərmərədə 6- 6.5 bal gücündə zəlzələ ola bilər. Bu zəlzələlər hər 30 ildən bir olur. Nazirin də dediyi kimi,2030-cu ildən əvvəl İstanbulda zəlzələ olacaqsa, 6,5 baldan güclü olmayacaq”.

Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar