Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünya 1945-ci ilə qayıdır: 20 milyon insan öləcək! – DƏHŞƏTLİ PROQNOZ

11-03-2017, 15:34   

Dünya 1945-ci ildən sonra ən ciddi humanitar böhranla üz-üzədir.
Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT-nin humanitar məsələlər üzrə bölməsinin başçısı Stiven Obrayen deyib.
Onun sözlərinə görə, dörd ölkədə 20 milyondan çox insan aclıqdan əziyyət çəkir.
Stiven Obrayen bildirib ki, beynəlxalq təşkilatlar tərəfindən uyğunlaşdırılmış qlobal səylər olmasa, bu insanlar sadəcə öləcəklər. Stiven Obrayenin sözlərinə görə, faciənin qarşısının alınması üçün 4 ölkəyə - Yəmən, Cənubi Sudan, Somali və Nigeriyaya maliyyə yardımı göstərilməlidir. BMT rəsmisi qeyd edib ki, iyula qədər ən azı 4,4 milyard dollar toplamaq lazımdır.
“Bu pul toplanmasa, uşaqlar inkişafdan geri qalacaqlar və məktəbə gedə bilməyəcəklər. Onların gələcəyi itirilə bilər”, - Stiven Obrayen vurğulayıb.
Ömər
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar