Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mehriban Əliyevanın təyinatını tənqid edən aparıcısı işdən çıxarıldı

11-03-2017, 19:50   

Fox TV-də efirə gedən “Çalar saat” verilişinin aparıcısı Murad Güloğlu işdən çıxarılıb

Türkiyənin “Sözcü” qəzeti yazır ki, aparıcının işdən çıxarılmasına səbəb, Güloğlunun 7 Mart tarixində baş tutan verilişdə işlətdiyi ifadədir. O, Mehriban Əliyevanın vitse-prezidentlik təyinatını tənqid edərkən, “Fikirləşin, prezidentlə vitse-prezident eyni… Tövbə, ya Rəbbim!” ifadəsini işlədib.

Bundan dərhal sonra Fox Türkiyə İdarə Heyətinin üzvü Əngin Günər şəxsi tvitter hesabından aparıcının işdən çıxarıldığını yazan tvit yazıb.
Aparıcı da işdən çıxarıldığını öz şəxsi tvitter hesabında qeyd edib.
Bir müddət əvvəl Fox TV-nin efirində Azərbaycandakı vitse-prezidentlik təyinatı tənqid edildiyinə görə bu kanalın fəaliyyəti ölkə daxilində qadağan olunmuşdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar