Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gənc yazarın intihar anı FOTOLARDA

16-03-2017, 13:42   


Xəbər verdiyimiz kimi, tanınmış gənc yazar Mövlud Mövlud (Mövlud Abdullayev) martın 16-da gecə saat 02:00 radələrində 7-ci mikrorayonun Axundov küçəsində yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. M.Abdullayev hadisə yerində dünyasını dəyişib.

"Qaynar" xəbər verir ki, hadisə şahidləri gənc yazarın ölüm anını lentə alaraq azxeber.com-a göndəriblər. Görüntülərdən də göründüyü kimi, mərhum intihar etdikdən bir neçə dəqqiqə sonra hadisə yerinə təcili yardım maşını gəlib. Onun üstünün qəzetlə örtüldüyü görüntülərdə əksini tapıb.

Qeyd edək ki, intiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Qaynar.Az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar