Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Büdcəni həm də abituriyentlər dolduracaq: 6 manatlıq imtahana 20 manat ödəməklə

17-03-2017, 17:21   


Yeni qərara əsasən ali məktəbə qəbul olunmaq istəyən abituriyentlər sınaq imtahanlarında iştirak etmək üçün 20 manat ödəniş edəcək. Əvvəlki illərin təcrübəsinə dayanaraq Azərbaycanda sınaq imtahanlarına qatılan abituriyentlərin sayının 50 mindən artıq olmasını və bu cür imtahanların bir neçə dəfə keçirilməsini nəzərə alsaq, Dövlət İmtahan Mərkzinin keçirdiyi pullu sınaq imtahanı qazanc yeri olacaq.



İqtisadçı-ekspert Qadir İbrahimli də Cebhe.info-ya açıqlamasında deyib ki, sınaq imtahanlarının keçirilməsi üçün tələb olunan məbləğ4-6 manat arasında dəyişilə bilər:

“Sınaq imtahanlarının 20 manat olması düzgün deyil. Bir sıra özəl kurslarda təşkil olunan belə sınaq imtahanları 6 manata başa gəlirdi. Düşünürəm ki, sınaq imtahanına qatılmaq üçün 6 manat ödəniş etmək normaldır. Lakin dövlət səviyyəsində keçiriləcək bu sınaq imtahanlarına görə məvacibin 20 manat müəyyənləşdirilməsi düzgün deyil. Məqsəd bu yolla da qazanc əldə etməkdir. Görünür ki, hökumət sınaq imtahanları vasitəsilə də büdcəni doldurmağa çalışır”.

Bu isə o deməkdir ki, 25 min şagirdin təkcə bir sınaq imtahanında iştirakından hökumət əlavə olaraq 350 min manat gəlir əldə edə biləcək.

Nigar Məhərrəm

Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar