Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Londonda terror hücumu - Böyük Britaniya parlamenti hədəfdə- CANLI YAYIM (YENİLƏNİB)

22-03-2017, 20:05   


Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində terror hadisəsi baş verib.

Musavat.com beynəlxalq KİV -lərə istinadən xəbər verir ki, bir terrorist maşınla qarşısında olan hər kəsi əzərək keçib. Daha sonra həmin şəxs polisə bıçaqla hücum edib. Nəticədə onu 3 güllə ilə vurub, öldürüblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, parlamentin işi dayandırılıb, bina mühasirəyə alınıb.

"İnsident, mahiyyət etibarı ilə Vestminster körpüsündə baş verib. Hər yan polis tərəfindən mühasirəyə alınıb, ərazidə polis vertolyotu dövr edir", - deyə "Sky News" telekanalının məlumatında bildirilir.

Hadisə olan ərazidə dükanlar bağlanıb. Həmçinin, London metrosunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Musavat.com xatırladır ki, ötən il martın 21-də Belçikanın paytaxtı Brüsseldə bombalı terror aksiyası olmuşdu. Ekspetlər Londonda baş verən terrorla Brüssel terroru arasında əlaqənin olmasına diqqət çəkirlər.



***

Son gələn məlumatlara əsasən, terrorçu əvvəl maşınla insanları əzərək keçib, daha sonra isə parlament binasına girməyə çəhd edib. Hadisə nəticəsində 12 nəfərin yaralandığı bildirilir və hazırda təcili yardım işçiləri yaralılara tibbi yardım edir.





Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar