Bakıda və Abşeron yarımadasında əsən güclü külək bu gün gecəyə doğru zəifləyəcək.
Bunu BakiPost.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, artıq sabahdan mülayim cənub küləyi əsəcək.
Bu güclü külək 8-10 ildə bir dəfə müşahidə edilən təbiət hadisələrindən biri ola bilər
G.Məmmədova belə hava şəraitinin əvvəlki illərin mart-aprel aylarında da müşahidə edildiyini söyləyib.
G.Məmmədova onu da əlavə edib ki, son 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasına yaxın və 1 dərəcə yüksək olub.
Bakı Post