Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan, hazırda ABŞ-ın Penselvaniya ştatında yaşayan FETÖ terror təşkilatının lideri Fətullah Gülənin infarkt keçirdiyi iddia olunur.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Fətullah Gülənin Penselvaniyadakı köməkçilərindən olan Osman Şimşək tvitter hesabında yazıb.
Məlumata görə, Osman Şimşək az müddət sonra, tvitterdə yazdığı mesajı silib.