Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yuxuda ikən ölmək istəyirəm…

4-04-2017, 19:01   

(Şanlı Aprel hadisələrinin şəhid polkovnik-leytenantı

Axundov Sənan Tahir oğlunun anası Roza xanım Axundova hər səhər belə

düşünür: “… Yuxuda ikən ölmək istəyirəm, Sənanımla birgə olmaq üçün, onun

yanında qalmaq üçün… ”

Bir ildir ki, gündüzlər onun həsrətini çəkib sızıldayıram, gecələr isə...Nə yaxşı

ki, gecələr var. Bir- birimizə qovuşuruq. Onun təsəllisi, nurlu siması və... Və bir də

“ ...Bizdən darıxmayın, biz döyüşürük. Dostlarıma, uşaqlarıma və hər kəsə deyin

ki, Sənandan nigaran olmasınlar, o sağdır, yaşayır və hər gün qəhrəmanlıq

nümunəsi göstərir” deməsi, ürəyimə sərinlik gətirir. Əvəzində mən ona ana

nəsihəti verirəm: “ Özünüzü gözləyin, bir-birinizdən muğayət olun.Ocağımızdan

köz, bulağımızdan su götürən və hər ikisində gözləri olan o nadanları, o naxələfləri

qovun, torpaqlarımızdan getsin...”

...Bu gecə də birgə idik.Əlini qoynuma salıb:

-- Ana, atama de ki, darıxmasın—dedi.

-- Yaman darıxır oğul, bir bu dava qurtarsa rahatlanardıq—dedim.

-- Dava da qurtaracaq, torpaqlarımız da alınacaq...Həkiminə get, müalicəni davam

etdir—dedi.

-- Yaxşı-yaxşı...Təki, sən salamat qal—deyib, söhbətin mövzusunu dəyişmək

istədim.

Sənan özünəməxsus sevgiylə:

-- Dostlarımın xeyir-şər tədbirlərindən qalmayın ha?!

...Və bir də aramsız sorğular etdi:

-- Nəcibəm (həyat yoldaşı) yuxuma tez-tez girir, görən o nə düşünür?!

-- Tahirimi, Nəzrinimi qoruyun, dərslərində mükəmməl olsunlar.

-- Bacım Mehribana mənim təbriklərimi çatdır, deki, oğlu Məhəmməd ali məktəbə

girdi, əziyyəti hədər getmədi.

...Sənanın səsinin ahəngi, qayğıkeş çöhrəsi məni onun üstünə atdı.Qucaqlayıb

bağrıma basdım. Əllərinin sığalı saçlarımda gəzdikcə özümü dünyanın ən

xoşbəxtdi hiss etdim. Bu sevgidə, bu istəkdə, bu qovuşuqda yenə də səksəkəli

düşüncələr beynimi dəldi:

-- Ay Allah...Mən niyə çaşıram. Bu nə qəm-qüssə, bu nə dərd?! Heç özüm də

bilmirəm?! Görən hansı doğrudur?! Kimin övladıdır itkin düşən, yaralanan, şəhid

olan?! Yazıq onların analarının gününə. Kim idi Sənanın şəhidlik xəbərini bizə

verən?! Kim idi?! Bu yanlışlıq hardan?!...

Sənanın səsi məni qarışıq düşüncələrdən ayırdı.

-- Ana..ay ana! Niyə belə üzülmüsən?! Bəlkə mənim xiffətimi çəkirsən?! Qurban

sənə, burada mən tək deyiləm. Qeyrətli, Vətənpərvər oğullarımızla birgəyik, birgə

vuruşuruq. Düşmənin nə qədər canlı qüvvəsini və texnikasını məhv etmişik...

Sənanın sifəti sifətimə söykənmişdi, əlləri isə gözlərimə sığal çəkirdi.

Bilmirdim nə danışım, nə edim. Sevincimi necə yaşayım ki, o, mənim kədərimi,

xiffətimi duymasın. Duysa ürəksiz olar, döyüş tapşırıqlarının içrasında mənim

fikirim, üzüntüm ona mane olar. Həmin gecə birgə olduq, ana-bala söhbətlərimiz

uşaqlıqdan bu günə kimi gəlib çıxdı...

....Telefon zəng çaldı.Yuxudan ayıldım. Sənanın baralyefini hazırlayan usta

idi... Gördüklərimin, söhbətlərimin, balama qovuşmağımın yenə də yuxu olduğu

bədənimi titrətdi, hönkürtü və göz yaşları ilə onun portretinin önünə gəldim. Diz

çökdüm. Və əlimi göyə qaldırıb dedim: “ Ay Allah, hər gecə təkrarlanan bu

yuxularda ölmək istəyirəm. Sənanımla birgə olmaq üçün, onun yanında qalmaq

üçün...”





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar