Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Fərid Cəfərov: "Qaz alqı-satqısı ilə bağlı hər hansı açıqlama verməmişəm"

6-04-2017, 18:20   
Fərid Cəfərov: "Qaz alqı-satqısı ilə bağlı hər hansı açıqlama verməmişəm"

O, hazırda Polymer zavodunun tikintisi ilə məşğul olduğunu, qaz danışıqları barədə məlumatsız olduğunu deyib
Bakı. 6 aprel.REPORT.AZ/ Bu gün Rusiyanın bəzi KİV-lərində "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərova istinadən SOCAR-ın Rusiyanın "Qazprom" şirkətindən 5 mlrd. kubmetrədək qaz almaqla bağlı danışıqlar apardığı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Fərid Cəfərov “Report”a bildirib ki, yayılan xəbər yanlışdır.
Hazırda Moskvada konfransda olduğunu bildirən Fərid Cəfərov deyib ki, ona sualla yaxınlaşan jurnalistlərə hazırda "Polymer" zavodunun tikintisi ilə məşğul olduğunu, qaz danışıqları barədə məlumatsız olduğunu deyib: “Qaz alqı-satqısı ilə bağlı hər hansı açıqlama verməmişəm”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar