Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyənin böyük şəhərlərində etirazlar

17-04-2017, 09:02   

Türkiyədə referendumun nəticələrinə etirazlar başlayıb. Etirazların ölkənin böyük şəhərlərində qeydə alınması daha çox diqqət çəkib. Nəticələrlə barışmayan kütlə küçələrdə tava və qazanları bir-birinə çırparaq yürüş keçirib.
İstanbulda küçələrə axışan etirazçılara evinin eyvanına çıxan sakinlər də dəstək olub. Türkiyənin ən böyük futbol klubu olan “Fənərbaxça”nın “vətəni” sayılan İstanbulun Kadıköy səmtində etirazçıların sayı daha çox olub. Maltəpə səmti də narazıların say çoxluğu ilə yadda qalıb. İstanbulun mərkəzi Beşiktaşda da eyni ab-hava yaşanıb. Paytaxt Ankara və İzmirdə də referenduma “yox” deyənlər küçələrə axışıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar