![ABŞ vitse-prezidenti Kim Çen Ina “yaxınlaşıb” hədələdi: “Suriyaya endirdiyimiz “Tomoqavk” zərbələrini nəzərə al” YENİLƏNİB](/uploads/posts/2017-04/1492418513_189187_res_01.jpg)
Cənubi Koreyada səfərdə olan ABŞ vitse-prezidenti Maykl Pens iki Koreyanı ayıran demilitarizə olunmuş zonaya baş çəkəndən sonra paytaxt Seula gedib və orada prezident Xvan Qyo Anla danışıqlar aparıb.
Virtualaz.org xarici KİV-lərə istinadla xəbər verir ki, Mayk Pens bu danışıqlar zamanı da Şimali Koreya rejiminə qarşı sərt ritorikanı davam etdirib.
Vitse-prezident bildirib ki, əgər Pxenyan yeni təxribatlara əl atsa ABŞ-ın sərt cəza tədbirləri ilə qarşılaşacaq. Onun sözlərinə görə, Şimali Koreyanın adi və ya nüvə silahlarından istifadəsinə ABŞ və Cənubi Koreyanın cavabı “sarsıdıcı və effektiv” olacaq. Mayk Pensin sözlərinə görə, Vaşinqton və Seul Şimali Koreyanın raket və nüvə sınaqlarına daha dözmək niyyətində deyil. O, Pxenyana məsləhət görüb ki, bu günlərdə Suriyaya endirilmiş “Tomoqavk” zərbələrini nəzərə alsın.
ABŞ vitse-prezidenti və Cənubi Koreya prezidenti yarımadada THAAD raketdən müdafiə sisteminin yerləşdirilməsi planının qüvvədə olduğunu deyib və Pekinin Seula təzyiq göstərməməsindən təəsüf ifadə ediblər.
* * *11:11
Birləşmiş Ştatlar administrasiyası yeni nüvə və ballistik raket sınaqlarına can atan Şimali Koreya rejiminə qarşı ritorikanı getdikcə sərtləşdirir.
Virtualaz.org xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Koreya yarımadasına, Cənubi Koreya ilə Şimali Koreyanı ayıran demilitarizə olunmuş zonaya səfər edərək oradan Pxenyana sərt mesajlar göndərib. Maykl Pens deyib ki, ABŞ həmişə sülhə can atıb, amma həmişə sülhə güc vasitəsi ilə nail olub.
Vitse-prezidentin bildirdiyinə görə, Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyasının Şimali Koreyaya münasibətdə strateji dözüm nümayiş etdirməsinin sonu gəlib çatıb. “Bizim administrasiyanın səbri tükənib və artıq “strateji dözüm” siyasətini davam etdirmək niyyətimiz yoxdur. ABŞ Koreya yarımadasında təhlükəsizliyin danışıqlar və sülh yolu ilə təmin olunmasında qəti şəkildə qərarlıdır. Lakin bütün variantlar masa üzərindədir və Vaşinqtonun Seul qarşısındakı müttəfiqlik öhdəlikləri sarsılmazdır”-Maykl Pens deyib.
Xəbər verilir ki, Pens bu gün aprelin 17-də səhər saatlarında Cənubi Koreyadakı Kemp-Bonifas Amerika hərbi bazasına baş çəkib, orada generallarla və hərbçilərlə müşavirə keçirib. Bu səfər ABŞ-ın Şimali Koreya sahillərinə “Karl Vinson” təyyarədaşıyanı başda olmaqla zərbə qruplaşması göndərməsinin ardınca baş verir. İki gün əvvəl Şimali Koreya növbəti ballistik raket sınağını keçirib, ancaq sınaq uğurlu olmayıb.
Virtualaz.org