Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Oliqarx deputatlara formal qadağa

20-04-2017, 09:07   


Milli Məclis üzvləri mandatlı biznesmen olaraq qalacaq

Milli Məclisin üzvünə kommersiya və digər bütün ödənişli fəaliyyətlə məşğul olmaq qadağan olunur.
APA-nın əldə etdiyi məlumata görə, bu, yeni hazırlanmış “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsinin 5-ci (Vəzifələrinin icrası ilə bir araya sığmayan fəaliyyətin qarşısı alınması) maddəsində əksini tapıb.

Təklif olunan maddəyə əsasən, deputat vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya, başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır. Deputat həyata keçirdiyi və ya nəzərdə tutduğu sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətin qanunvericiliyə uyğun olmaması ilə bağlı qənaətə gələ bilmədiyi halda Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona uyğun hərəkət etməlidir.

Layihə Milli Məclisin İnsan hüquqları komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək birgə iclasında müzakirə olunacaq.

Ekpsertlər bildirir ki, bu layihə formal xarakter daşıyır. “Onsuz da Azərbaycan qanunvericiliyində bir şəxsin deputat fəaliyyəti ilə bərabər bizneslə məşğul olmasına yol verilmir. Amma buna əməl edən varmı? Bu gün Milli Məclisdə təmsil olunan deputatların əhəmiyyətli hissəsi bizneslə məşğul olur. Hətta bəziləri bunu gizlətmir də. Bu sırada Rüfət Quliyevi, Cavanşir Feyziyevi, Əsabil Qasımovu və digərlərini göstərmək olar. Azərbaycanda demək olar ki, hər kəs Rüfət Quliyevin “Europian Tobacco” şirkətinin, Cavanşir Feyziyevin “Avromed” şirkətinin, Əsabil Qasımovun isə “Karmen” şirkətinin rəhbəri olduğunu bilir. Bunu adıçəkilən deputatların özləri də çəkinmədən bəyan edir. Ona görə də yeni qanun layihəsinin də effektiv işləyəcəyi inandırıcı deyil”.

azadliq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar