Kreml İrəvandan hər zaman bir alət kimi istifadə edəcək.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, KTMT-nin yeni erməni rəhbəri nominal bir fiqurdur və korrupsiyaya bulaşıb, ona görə də onun rəhbər vəzifəyə gətirilməsi heç nəyi dəyişməyəcək:
“KTMT-də bütün qərarlar ümumi şəkildə verilir. Təşkilatda Azərbaycanın Qazaxıstan və Belarus kimi tərəfdaşları var və bu dövlətlər heç vaxt ölkəmizin maraqlarına zidd qərarlar qəbul etməzlər. Əlbəttə ki, Yuri Xaçaturovdan hər şey gözləmək olar və çox güman ki, o, vəzifədə olduğu müddətdə Azərbaycanın maraqlarının əleyhinə çıxış edəcək. Ancaq Azərbaycan əleyhinə hansısa bir qərarın qəbul olunması mümkünsüzdür”.
Politoloq bu fonda Rusiya-Ermənistan münasibətlərinə də toxunub:
“Moskva heç vaxt İrəvandan imtina etməyəcək. Ermənistan Rusiyanın əbədi poliqonu olaraq qalacaq. Kreml İrəvandan hər zaman bir alət kimi istifadə edəcək. Bu, Rusiya geosiyasətinin bir tərkib hissəsidir. Rusiya bundan sonra da əlindən gedəcək, ona görə təəccüblənməmliyik. Rəsmi Bakı sadəcə olaraq diplomatik və hərbi potensialının güclənməsində öz addımlarını atmaqla bu rposesə qarşılıq verir”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri vəzifəsində erməni general Yuri Xaçaturov təyin edilib. O, səlahiyyətlərinin icrasına mayın 2-dən başlayacaq.