Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Söz kəsmə, iclasdan getmə…hansı deputatlar mandatsız qala bilər? -Siyahı

21-04-2017, 08:50   
Söz kəsmə, iclasdan getmə…hansı deputatlar mandatsız qala bilər? -Siyahı

Milli Məclisin Daxili Nizamnaməsinə dəyişiklik təklif edilir

Nizamnamənin 46-cı (Parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına tətbiq edilən intizam tədbirləri) maddəsinə yeni bənd əlavə edilir.

Ulus.Az xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, hazırda Milli Məclisin deputatına xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi kimi intizam tədbirləri tətbiq edilir.

Bundan sonra deputatın mandatdan məhrum edilməsi də təklif olunur. Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda parlamentin sədri həmin deputat haqqında məsələni İntizam komissiyasına göndərir.

İntizam komissiyası bu məsələyə 2 həftə müddətində baxıb, müvafiq rəy qəbul edir. Milli Məclisin növbəti iclasında həmin rəy müzakirə edilir.

Ulus.Az xəbər verir ki, parlament deputatın mandatdan məhrum edilməsi barədə qərarı tələb olunan səs çoxluğu ilə qəbul edir.

Deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında çıxış edənlərin sözünü kəsdikdə parlamentin sədri həmin deputat haqqında məsələni Milli Məclisin İntizam komissiyasına göndərir.

İntizam komissiyası bu məsələyə iki həftə müddətində baxıb deputata töhmət verə bilər və ya deputatın etik davranış qaydalarını kobud surətdə pozduğu qənaətinə gəldikdə deputatın mandatdan məhrum edilməsi barədə rəyini Milli Məclisin müzakirəsinə çıxara bilər.

Ulus.Az xəbər verir ki, bu qanun bir neçə deputatın mandatının ləğvi ilə müşayiət oluna bilər.

Son zamanlar Hadı Rəcəbli, Astan Şahverdiyev, Hüseynbala Mirələmov, Araz Əlizadə qalmaqallı çıxışları ilə yadda qalıb. Zahid Oruc tez-tez spikerlə söz atışmasına gedir.

Adı qalmaqallarda keçən Rəfael Cəbrayılov, Mirzəcan Xəlilov, Rüfət Quliyev, İqbal Məmmədov, Naqif Həmzəyev, Elmira Axundova və başqalarını qeyd etmək olar. Mediada bu deputatların adı hallanan müxtəlif olayları göstərmək olar.

Ulus.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar