Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda güclü yanğın - Üç polis zəhərləndi / YENİLƏNİB

24-04-2017, 16:59   


Ötən gecə Bakıda baş verən yanğında 3 polis əməkdaşı tüstüdən zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, aprelin 24-də Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə köməklik edən 3 polis əməkdaşı zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, yanğın zamanı binanın 50 nəfərdən çox sakin xilas edilib. Onlardan 8-i azyaşlı olub.


***

08:53

Bakıda yanğın qeydə alınıb.

BakiPost.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyyə, 8 nəfər azyaşlı uşaq xilas edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı Post
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar